Kuzey Kıbrıs Türk Cümhuriyyətinin 2-ci Prezidenti Mehmet Ali Talat bu gün MediaTürk TV ekranlarında Serdar Şengülün təqdim etdiyi “Net Baxış 360 Dərəcə” proqramının qonağı olacaq.
Modern.az xəbər verir ki, proqramda Mehmet Ali Talat Yaxın Şərqdə artan gərginlik, regional proseslər və ABŞ-ın 2026-cı ilə daxil olarkən qəbul etdiyi sərt siyasi qərarlar ilə bağlı fikirlərini bölüşəcək.
Qlobal siyasi proseslərin Kıbrıs və bölgəyə mümkün təsirləri də müzakirə olunacaq. Talat verilişdə Serdar Şengülün suallarını cavablandıracaq.
Günün aktual mövzularının müzakirə ediləcəyi “Net Baxış 360 Dərəcə” bu gün MediaTürk TV-də tamaşaçılara təqdim olunacaq.
Sərdar Şəngül