"Hər hansı dövlət digərinə nəinki təcavüz edə bilməz, hətta hədə-qorxu gələ bilməz".
Bu sözləri Modern.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
O qeyd edib ki, dövlət başçısının oğurlanması terror aktıdır:
"Burada Nikolas Maduronun "diktator" adlandırılması hadisəyə haqq qazandırmır. Məgər ABŞ ilə dost münasibətdə olan Səudiyyə Ərəbistanında ali idarəçilik şeçki yolu ilə müəyyən edilir?
Narkotik maddələrin ticarətinə gəlincə, bu, bir çox ölkələrdə, o cümlədən ABŞ-də də var.
Qeyd edək ki, Venesuela ABŞ-nin təcavüzünə məruz qalan ilk ölkə deyil.
Aydın məsələdir ki, təcavüzün səbəbi sırf iqtisadi maraqdır.
ABŞ-nin törətdiyi cinayət iqtisadi inkişafa ciddi zərbədir. Çünki beynəlxalq hüququn pozulması insanlarda inam hissini məhv edir.
Qanun güclü dövlətin də riayət etməli olduğu nizamdır. Bu, güclünun sabah zəifləyəcəyi halda yaşamaq zəmanətidir.
Azərbaycan da diqqətli olmalıdır. ABŞ-nin Venesuelaya neft iddiası Rusiyanın vaxtilə bizə qarşı olmuş neft iddiasına bənzəyir".