"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 31 dekabr-4 yanvar qeyri-iş günlərində 62 690 sərnişin daşıyıb.
ADY-dən Modern.az-a verilən məlumata görə, qeyd olunan dövrdə, Abşeron dairəvi dəmir yolu ilə 48 542 nəfər, Bakı-Qazax-Bakı marşrutu üzrə 8 885 nəfər (Bakı-Ağstafa-Bakı əlavə reysləri daxil olmaqla), digər (Bakı-Qəbələ-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı və Gəncə-Mingəçevir marşrutları) istiqamətlər üzrə isə 5 263 nəfər daşınıb.
Qeyd edək ki, ADY qeyd olunan tarixlərdə-gücləndirilmiş rejimdə fəaliyyət göstərib, ölkədaxili marşrutlar üzrə əlavə reyslər yerinə yetirilib və vaqon sayı tələbata uyğun olaraq artırılıb. Abşeron dairəvi dəmir yolu üzrə isə qatarların hərəkəti şənbə və bazar günlərinin qrafikinə uyğun tənzimlənib.