Bu gün Türkiyədə narkotik əleyhinə əməliyyat zamanı 23 nəfər həbs edilib.
Modern.az xəbər verir ki, onlar arasında "Kızılcık Şerbet" serialındakı baş rolu ilə tanınan Doğukan Güngör və tanınmış türk bloqqeri Burak Altındağ (1,2 milyon İnstaqram izləyicisi ilə) var.
İstanbul Prokurorluğu bildirib ki, İstanbul Narkotik Cinayətləri ilə Mübarizə Bölməsi "şəxsi istifadə üçün narkotik və ya stimullaşdırıcı maddələr saxlamaq, narkotik istifadəsini asanlaşdırmaq, fahişəliyə təhrik etmək, fahişəliyə kömək etmək və vasitəçilik etmək və ya fahişəlik üçün yer təmin etmək" ittihamları ilə Doğukan Güngör və Burak Altındağ da daxil olmaqla, ümumilikdə 23 nəfəri həbs edib.
Hazırda istintaq çərçivəsində 36 nəfər nəzarətə götürülüb. Dekabr ayında Türkiyənin "Habertürk" televiziya kanalının baş redaktoru Mehmet Akif Ersoy, "Möhtəşəm Yüzyıl" teleserialındakı rolu ilə tanınan aktrisa Ezga Eyüboğlu və Türkiyənin "Fənərbaxça" futbol klubunun prezidenti Sadettin Saran saxlanılıb.