Yanvarın 3-də ABŞ ordusu Venesuelada həyata keçirdiyi 2 saatlıq əməliyyat nəticəsində bu ölkənin prezidenti Nikolas Maduronu vəzifəsindən devirib. ABŞ-yə aparılan Maduro ötən axşam Nyu-York Məhkəməsində mühakiməyə çıxarılıb. O, narkotik ticarəti və digər ağır cinayətlərdə ittiham olunur. Onun növbəti dəfə martın 17-də məhkəmə qarşısına çıxarılması planlaşdırılır.
Bu hadisə Venesuelanın daxilində və beynəlxalq səviyyədə böyük rezonans doğurub.
Venesuela, Kuba və Nikaraqua dövlətlərinin birgə təsis etdiyi, beynəlxalq yayım həyata keçirən "TeleSUR" televiziya kanalının Türkiyə müxbiri İsmayil Yunus Soner Venesueladakı son durum barədə Modern.az-a danışıb.
O, bildirib ki, Venesuelada xalqın böyük əksəriyyəti Nikolas Maduronun arxasında durmaqdadır:
"Xüsusilə də, ABŞ-nin son əməliyyatları, Maduronun ələ keçirilməsindən sonra ona dəstək artıb. Tənqidlərə baxmayaraq, belə bir həmlə Venesuelanın qürurunu incidir. Dolayısı ilə böyük bir əksəriyyət bu yaşananları qəbul etmir. Müxalifətin öndə gedən lideri də 3 həftə əvvəl Venesueladan qaçaraq nobel mükafatı almaq üçün Norveçə getdi. Son olaraq Donald Tramp Mariya Korina Maçadonun xalqın içərisində nüfuzunun olmadığını deyərək, onu siyasət yarışından çıxarmış oldu. Önümüzdəki dövrdə Venesuelada hər hansı qarışıqlıq gözləmirəm. İki aydır, onsuz da ABŞ təzyiqi davam edir. Burada ordu və polis içərisində hər hansı üsyan, ikitirəlik olmadı, hökumət işinə davam edir. Ona görə də Venesuelada yaşayanlar üçün hazırki məqamda təhlükə görünmür. Təbii ki, ABŞ lideri Donald Trampın gözlənilməz çılğınlığını istisna edirəm".
Jurnalist narkotik ittihamlarının yalan olduğunu, bunun BMT sənədlərində də öz əksini tapdığını söyləyib:
"ABŞ-nin ən çox problem yaşadığı narkotik növü “fentalin”dir. “Fentalin”nin heç bir şəkildə Venesuealdan keçmədiyi BMT hesabatlarında da təsbit ediliub. ABŞ vətəndaşları da bunu bilir. Kokain və digər narkotik vasitələrin isə ancaq 5 faizə qədəri Venesuela üzərindən ABŞ-yə daşınır. Bu narkotik vasitəlrəin əksəriyyəti Sakit okeanı üzərindən göndərilir. Ona görə də buradakı münasibət nə Venesuela xalqı, nə də ABŞ dövləti nəzdində inandırıcı ittihamlar deyil. Bu reallıq, əslində ABŞ ictimaiyyəti tərəfindən bilinir. Daha çox ABŞ-nin daxilidə narkotik istehlakı ilə bağlı böyük bir problemi olduğu üçün irəli sürülmüş propaqanda ünsürüdür".

Jurnalist Venesuelada nə qədər türk və Azərbaycan vətəndaşımız yaşadığı barədə məlumatsız olduğun da deyib.
"Orada elə də çox vətəndaşlarımızın yaşadığını düşünmürəm. Bu vətəndaşlarla Venesuela vətəndaşları arasında indiyə kimi düşmənçilik görmədim. İki ölkə arasındakı yaxşı münasibətlərə görə türk vətəndaşlaya xüsusi sevgi vardı".
Venesuelada medianın və jurnalistikanın durumundan da danışan İsmail Yunus Soner bunları qeyd edib:
"Mediada çalışanların maaşları bütün dünya ölkələrində olduğu kimi çox da yüksək deyil. Çünki ölkə illərdir sanksiyalar altındadır, onun xarici ticarəti məhdudlaşdırılıb. Bu məhdudlaşdırmalar bu gün ABŞ-lilərin neft tankerlərini oğrulaması ilə daha da sərtləşmiş vəziyyətdədir. Media orqanları azad şəkildə fəaliyyət göstərir. Ancaq istisnalar var. Bütün ölkələrdə olduğu kimi Venesuelada da media qurumları qanunlara tabedir. Məsələn siz media vasitəsilə ABŞ-ni ölkəyə müdaxiləyə, sanksiyalara çağırsanız qanunlar nəzdində, təbii ki, müəyyən addımlara məruz qalacaqsınız. Bundan başqa, hökuməti tənqid etməkdə sərbəstsiniz. Son seçkilərdə Madurodan başqa çoz sayda namizədlər də vardı və onlar mitinqlər də keçirib, çıxışlar da etdilər və yarışa girdilər. Lakin təkrar xatırlatmaq lazımdır ki, bu ölkə 25 ildir ciddi şəkildə ABŞ təzyiq və təhdidi altındadır. Daha əvvəl də çevriliş cəhdləri olub. Ölkə bu gün də çox ciddi mühasirə şəraitindədir. Bu baxımdan mediadan gözlənilən vətənsevər duruş sərgiləyib, ABŞ-nin bu addımlarını tənqid etməlidir".