Hüseyn Həqqi Kahveci MediaTürk TV-də “Net Baxış 360 Dərəcə” proqramının qonağı olacaq
Ulusal Kurtuluş və And Birliyi Partiyasının (UKAB) sədri, eyni zamanda Atabəy 19 Türk Ocaqları Başqanı Hüseyn Həqqi Kahveci "MediaTürk TV" ekranlarında yayımlanan “Net Baxış 360 Dərəcə” proqramının qonağı olacaq.
Modern.az xəbər verir ki, proqramın aparıcısı Serdar Şengül Hüseyn Həqqi Kahvecini sabah saat 17:00-da tamaşaçılarla görüşdürəcək.
Son dövrlərdə regionda və qlobal miqyasda baş verən hadisələrin beynəlxalq siyasi nizamı ciddi şəkildə dəyişdirdiyini vurğulayan Kahveci, proqramda bu prosesləri dərin təhlil edəcək. Xüsusilə Yaxın Şərqdə artan gərginliklər, böyük güclərin yeni strateji addımları, Türkiyənin geosiyasi mövqeyi və Türk dünyasını yaxından maraqlandıran məsələlər geniş şəkildə müzakirə olunacaq.
UKAB sədri Hüseyn Həqqi Kahveci yalnız mövcud hadisələri dəyərləndirməklə kifayətlənməyəcək, eyni zamanda gələcəyə dair proqnozlarını, milli təhlükəsizlik, milli mövqe və türkçülük baxış bucağından ictimaiyyətlə bölüşəcək. Tamaşaçıların maraq doğuran suallarını cavablandıracaq olan Kahveci, özünəməxsus və fərqli şərhləri ilə diqqət çəkəcək.
Müxtəlif baxış bucaqları və analitik yanaşması ilə seçilən “Net Baxış 360 Dərəcə” proqramının Hüseyn Həqqi Kahvecinin iştirakı ilə geniş maraq doğuracağı gözlənilir.