Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə nəhəng müqavilə bağlayıb.
Modern.az xəbər verir ki, müqavilədə işğaldan azad olunmuş ərazilərin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi xidmətləri nəzərdə tutulub.
Bağlanılan müqavilənin maliyyə dəyəri 7 milyon 24 min 230 manat olaraq müəyyən olunub.
Qeyd edək ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qurucusu və səlahiyyətli sədri Umud Mirzəyevdir. (Mənbə: iqtisadiyyat.az)