"Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktor müavini Söhrab İsmayılov işdən çıxıb.
Modern.az xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktoru Eldar Salahov müvafiq əmr imzalayıb.
Əmrə görə, Söhrab İsmayılov bu gün vəzifəsindən azad edilib.
Qeyd edək ki, Söhrab İsmayılov 2021-ci ildən Bakı Limanında müavin vəzifəsində çalışırdı.
O, limanın maliyyə, kadr siyasəti, SƏTƏM, nəqliyyat və sair sahələrinə cavabdeh idi.
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Mətbuat Xidmətindən münasibət bildirilib ki, Söhrab İsmayılov öz ərizəsi ilə işdən ayrılıb. (Mənbə: demokrat.az)