Modern.az

Eldar Əzizov noyabrda təyin etdiyi rəisi işdən çıxardı - Yeni təyinat

Eldar Əzizov noyabrda təyin etdiyi rəisi işdən çıxardı - Yeni təyinat

Aktual

6 Yanvar 2026, 22:30

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəisi Zahid Məmmədov işdən çıxarılıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov əmr imzalayıb.

 

Digər əmrlə adıçəkilən qurumun rəisi vəzifəsinə Zaur Mirzəzadə təyinat alıb.

 

Xatırladaq ki, BŞİH başçısı Eldar Əzizov bir müddət əvvəl müşavirə zamanı Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin sabiq rəisi Fəqan Məlikova ciddi iradlarını bildirmişdi. Bundan bir neçə gün sonra F.Məlikov nöqsanlara görə vəzifəsindən azad edilib. Noyabr ayında isə onun yerinə Zahid Məmmədov təyin olunmuşdu. (Mənbə: unikal)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır