Modern.az

Dumanlı hava bu tarixədək davam edəcək

Dumanlı hava bu tarixədək davam edəcək

Aktual

7 Yanvar 2026, 09:16

Hazırda ölkənin bəzi ərazilərində dumanlı hava şəraiti müşahidə olunur. Bakıda və Abşeron yarımadasında, eləcə də Quba, Yevlax, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Lənkəran və Astarada görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır. Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, dumanın əmələ gəlməsinə səbəb gündüz saatlarında temperaturun yüksək olması, gecə saatlarında isə yer səthinin soyuması və havanın temperaturunun aşağı düşməsidir.

“Dumanlı hava şəraitinin yanvarın 9-u axşamadək fasilələrlə davam edəcəyi gözlənilir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır