Modern.az

Sürücülərin nəzərinə! - Usta avtomobillərin hissələrini oğurlayıb

Sürücülərin nəzərinə! - Usta avtomobillərin hissələrini oğurlayıb

Aktual

7 Yanvar 2026, 10:38

Qaradağ rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

Modern.az-ın xəbərinə görə, gecə saatlarında naməlum şəxslər bir nəfərə məxsus “Kamaz” markalı yük avtomobilinin 300 manat dəyərində ehtiyat hissəsini oğurlayıb.

Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı T.Əliyev və 31 yaşlı S.İsgəndərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı T.Əliyevin avtomobil ustası olduğu, rayon ərazisində daha 2 yük avtomobilinin ehtiyat hissələrini oğurlayaraq satdığı məlum olub.

Araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır