Modern.az

Baba, nənə və nəvə dəm qazından zəhərləndi - Ölən var

Baba, nənə və nəvə dəm qazından zəhərləndi - Ölən var

Aktual

7 Yanvar 2026, 10:46

Qusar rayonunda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib, ölən var.

Modern.az xəbər verir ki, hadisə yanvarın 7-də gecə saatlarında baş verib. 1962-ci il təvəllüdlü Riman Əlisultanov, arvadı 1965-ci il təvəllüdlü Əntiqə Qasımova və nəvəsi 2025-ci il təvəllüdlü E.Əlisultanov yaşadıqları Əniğ kəndindəki evdə dəm qazından zəhərləniblər.

R.Əlsultanov hadisə yerində ölüb. Xəstəxanaya yerləşdirilmiş Ə.Qasımovanın və E.Əlisultanovun vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır