Modern.az

Ağdamda yeni stansiya istifadəyə verildi - FOTO

Ağdamda yeni stansiya istifadəyə verildi - FOTO

Aktual

7 Yanvar 2026, 12:02

Radiomonitorinq şəbəkəsinin genişləndirilməsi məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Radiotezliklər İdarəsi tərəfindən Ağdam şəhərində yeni avtonom radiomonitorinq stansiyası qurularaq istismara verilib.

İdarədən Modern.az-a bildirilib ki, Günəş enerjisi ilə işləyən stansiya müasir SDR (proqram əsaslı radioqəbuledici) texnologiyası və proqram təminatı əsasında fəaliyyət göstərməklə Ağdam şəhəri və ətraf ərazilərdə yerli və kənar radioyayımlara, eləcə də radiotezlik spektrinə məsafədən, real vaxt rejimində 24/7 nəzarət etmək imkanı yaradır.

Qeyd edək ki, bu avtonom radiomonitorinq stansiyası ötən il quraşdırılan beşinci stansiyadır. Ümumilikdə isə ölkə ərazisində 16 radiomonitorinq stansiyası istifadəyə verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır