Modern.az

Ağdərənin 4 kəndinə KÖÇ OLACAQ

Ağdərənin 4 kəndinə KÖÇ OLACAQ

Aktual

8 Yanvar 2026, 18:29

Ağdərə rayonunun Aşağı Oratağ, Çapar, Heyvalı və Çıldıran kəndlərinə yanvarın 9-u ilk köç olacaq.

Modern.az xəbər verir ki, Ağdərə rayonun 4 yaşayış məntəqəsinə 337 nəfərdən ibarət 89 ailə köçürüləcək.

Belə ki, Aşağı Oratağ kəndinə, 119 nəfərdən ibarət 31 ailə, Çapar kəndinə, 96 nəfərdən ibarət 26 ailə, Heyvalı kəndinə, 74 nəfərdən ibarət 19 ailə, Çıldıran kəndinə, 48 nəfərdən ibarət 13 ailə köçürüləcək.

Ailələr yaşadıqları ərazidən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və aidiyyəti RİH-lərin nümayəndələri tərəfindən yola salınacaq, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq. (Mənbə: APA)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır