Modern.az

Bakı və Masallının bəzi ərazilərində işıq kəsiləcək

Bakı və Masallının bəzi ərazilərində işıq kəsiləcək

Aktual

9 Yanvar 2026, 09:50

Bu gün Azərbaycanda bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Modern.az-a verilən məlumata görə, yanvarın 9-da Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35/10 kV-luq “Eminli” yarımstansiyasından çıxan 10 kV-luq 1 saylı hava xəttində təmiri işi aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Hacıtəpə, Həsənli, Məmmədxanlı, Şəhriyar, Təkdam kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində də təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Əmircan qəsəbəsi Vladimir Balandin, Tofiq Bayram, V. Axundlu, Nizami Gəncəvi, M. Əzizbəyov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır