Modern.az

Rəqəmsallaşma səviyyəsi üzrə qiymətləndirmə aparılacaq qurumlar açıqlandı

Rəqəmsallaşma səviyyəsi üzrə qiymətləndirmə aparılacaq qurumlar açıqlandı

Aktual

9 Yanvar 2026, 12:44

Azərbaycan Respublikasında rəqəmsal transformasiyanın sistemli şəkildə idarə olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 16 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” icra olunur və Konsepsiya çərçivəsində dövlət sektorunda rəqəmsal həllərin effektivliyinin ölçülməsi, inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi və təkmilləşdirmə tədbirlərinin planlaşdırılması üçün ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının aparılması nəzərdə tutulur.

Bu barədə Modern.az-a İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.

Eyni zamanda, dövlət orqanlarında (qurumlarında) elektron xidmətlərin, habelə dövlət informasiya ehtiyatları və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirmə tədbirləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Əsasnaməsi ilə müəyyən edilmiş səlahiyyətlər və digər müvafiq normativ hüquqi aktların tələbləri əsasında həyata keçirilir.

Qeyd olunan istiqamətlər üzrə qiymətləndirmə və diaqnostika tədbirlərinin hüquqi və metodoloji əsaslarının müəyyən edilməsi məqsədilə müvafiq normativ hüquqi aktlar təsdiq edilib:

- “Ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi Qaydaları”;

- “Dövlət orqanlarında (qurumlarında) elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası”.

Bu məqsədlə 2026-cı il üzrə diaqnostika və qiymətləndirmələrin aparılması nəzərdə tutulan qurumların siyahısını əhatə edən Fəaliyyət Planı hazırlanıb və ictimaiyyətə təqdim olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır