Modern.az

Bu rayonlara qar yağır - FAKTİKİ HAVA

Bu rayonlara qar yağır - FAKTİKİ HAVA

Aktual

10 Yanvar 2026, 17:28

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Dağlıq ərazilərdə qar yağır.

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yanvarın 10-u saat 17:00-a olan məlumatında qeyd olunub.

Belə ki, Sədərək, Naftalan, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı, Xaçmaz, Yevlax, Göyçay, Bərdə, Tərtər, Kürdəmir, Mingəçevir, Lənkəran, Astara, Qobustan, Şamaxıda yağış, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Kişçay (Şəki), Qrız (Quba), Laza (Qusar), Şahdağda isə qar yağır.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Gəncədə 20, Goranboyda 19, Ağstafa, Naftalanda 18, Bakıda və Abşeron yarımadasında 17, Şəmkirdə 16, Kəlbəcərdə 15 m/s-dək güclənir.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır