Modern.az

"Fred Asif"in ailəsinə ağır itki

"Fred Asif"in ailəsinə ağır itki

Aktual

11 Yanvar 2026, 00:02

Azərbaycan Milli Qəhrəmanı Asif Məhərrəmovun ("Fred Asif") bacısı Tahirə Yusifqızı vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə "Fred Asif"in qardaşı Ədalət Məhərrəmov məlumat verib.

Milli Qəhrəmanın bacısı Hövsan qəsəbəsində, "Dədə Qorqud" qəbirstanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, Asif Yusif oğlu Məhərrəmov 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. O, 1988-ci ildən başlayaraq Ağdamın Abdal-Gülablı, Xıdırlı, Əmirallar, Sırxavənd, Bağbanlar, Əhmədavar kəndlərində düşmənə qarşı müdafiə dəstələri yaradıb.

1990-cı ildə Ağdam özünümüdafiə dəstəsi yaradıb, Xramort, Aranzəmin, Pircamal, Dəhraz, Naxçıvanik və digər kəndlərin müdafiəsində döyüşüb. 1992-ci ilin martında Füzuli şəhərinin müdafiəsinə köməyə gedib, düşmənə ağır zərbə vurub.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır