Modern.az

Dövlət Məşğulluq Agentliyində yüksək təyinat

Dövlət Məşğulluq Agentliyində yüksək təyinat

Aktual

12 Yanvar 2026, 09:52

Eşqin Bayramov Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

Modern.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmr imzalayıb.

Eşqin Bayramov 1985-ci ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dillər Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, 2011-2013-cü illərdə Ukraynanın Regionlararası Heyəti İdarəetmə Akademiyasında ölkəşünaslıq - Avropa ölkələri ixtisası üzrə magistr və 2013-2017-ci illərdə Ukraynanın Çerniqov Milli Texnologiya Universitetində doktorantura təhsili alıb. 2011-2025-ci illərdə Bakı Biznes Universitetində şöbə müdiri, prorektor, müəllim işləyib. 2025-ci ilin fevral ayından hazırkı vəzifəsinə qədər Dövlət Məşğulluq Agentliyinin Beynəlxalq əlaqələr və layihələr departamentinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, ötən əftə DMA-nın İdarə Heyətinə yeni sədr - Hasil Abbasov təyin olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır