Modern.az

İranda baş verənlər MediaTürk TV-də müzakirə olunacaq

İranda baş verənlər MediaTürk TV-də müzakirə olunacaq

Aktual

12 Yanvar 2026, 10:32

"Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" İctimai Birliyin sədri Nadir İsmayılov, MediaTürk TV-də yayımlanan, Serdar Şengülün aparıcılığı ilə efirə gedən “Net Baxış 360 Dərəcə” proqramının qonağı olacaq.

Modern.az xəbər verir ki, bu gün saat 17:00-da yayımlanacaq proqramda, son günlər İranda baş verən hadisələr, xüsusilə Güney Azərbaycan türkləri kontekstində geniş və dərin təhlillərlə müzakirə ediləcək.

Nadir İsmayılov bölgədəki siyasi və ictimai prosesləri ətraflı şəkildə şərh edərək, aktual və mühüm mövzulara aydınlıq gətirəcək.

Verilişdə həmçinin İran daxilindəki son proseslərin Güney azərbaycanlılara mümkün təsirləri, regional güc balansları və Orta Asiya–Cənubi Qafqaz xəttində baş verən dəyişikliklər də diqqət mərkəzində olacaq.

Analitik baxışları ilə tanınan Nadir İsmayılovun iştirakı ilə “Net Baxış 360 Dərəcə” proqramı bu gün saat 17:00-da MediaTürk TV ekranlarında izləyicilərə təqdim olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır