Modern.az

İcazəsiz evlərin hamısı sənədləşdirilməyəcək - Deputat

İcazəsiz evlərin hamısı sənədləşdirilməyəcək - Deputat

Aktual

12 Yanvar 2026, 12:38

"Sənədsiz evlərin sənədləşdirilməsinə keçən ildən başlanılıb".

Bu sözləri Modern.az-a Milli Məclisin üzvü Rövşən Muradov bildirib.

Deputat qeyd edib ki, hazırda 600 minə yaxın ev sənədsizdir:

"Mərhələli şəkildə bu evlərin qanuniləşməsinə start verilib. Proses bütün ölkəboyu aparılacaq. Təbii, yük daha çox Bakıdadır.
Bələdiyyə balansında olan torpaqlarda tikilmiş evlər də dövlət tərəfindən sənələşdiriləcək. Bir şərtlə ki, tikili Dövlət Neft Şirkətinin balansında, dəmiryol xəttinə yaxın yerdə və ya yüksək gərginlikli elektrik xətlərinin altında - yaxınlığında olmasın. Yəni özəlləşmə bu kimi tikinti qadağan olunmuş yerlərə şamil olunmayacaq". 

R.Muradov bildirib ki, özəlləşmə hesabına vətəndaş şəxsi mülkə sahib olacaq.

"Bunun dövlətə də perspektivli tərəfi var. Qeydiyyatlı evlərdən əmlak, torpaq və digər vergilərin yığılması mümkün olacaq. Bəs dövlətin büdcəsi necə formalaşmalıdır? 

Vətəndaşa hər bir halda humanist yanaşılır. Qanunsuz yerlərdə məskunlaşan ailələrə də söküntü mərhələsində kompensasiya ödəniləcək. İnsan əziyyət çəkib, özünə ev tikibsə, nəzərə alınacaq.

Hazırda bəzi vergi növlərinin toplana bilməməsinin səbəbi də qeydiyyatsız evlərdir. Vətəndaşın üzərinə düşən məsuliyyət budur ki, qapısını açıb mənzilini tam göstərsin ki, müvafiq qurumlar iş apara bilsinlər".

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır