2026-cı il üzrə Dövlət Neft Fondunun büdcə layihəsində Fondun idarə olunması ilə bağlı xərclərdə əvvəlki illərlə müqayisədə azalma müşahidə edilib.
Modern.az xəbər verir ki, bu, Hesablama Palatasının Dövlət Neft Fondunun 2026-cı il büdcəsinə verdiyi Rəydə yer alıb.
Bildirilib ki, büdcə layihəsinə əsasən, 2026-cı ildə Fondun idarə edilməsi ilə bağlı ümumi xərclərin 41,9 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu göstərici 2024-cü ilin müvafiq icra göstəricisi ilə müqayisədə 7,8 milyon manat və ya 22,9 faiz çoxdur. Eyni zamanda, 2025-ci ilin proqnoz göstəricisi ilə müqayisədə xərclərdə 1,8 milyon manat və ya 4,1 faiz azdır.
Qeyd edilib ki, xərclərin cari illə müqayisədə azalması əsasən malların (işlərin və xidmətlərin) satın alınması, eləcə də qeyri-maliyyə aktivləri üzrə nəzərdə tutulan vəsaitlərin azalması ilə bağlıdır.