Modern.az

Avropa bankları Bakı milyonçusunun pullarını QAYTARMIR

Avropa bankları Bakı milyonçusunun pullarını QAYTARMIR

Aktual

13 Yanvar 2026, 11:42

Milyonçu Ağamusa Nağıyevin nəvəsi, Tarix elmləri üzrə fəlsəfə doktoru Dilarə Nağıyeva APA-ya müsahibə verib.

O, müsahibəsində babasının İsviçrə banklarındakı milyonlarının qaytarılacağı təqdirdə hansı addımı atmasından danışıb.

Modern.az xəbər verir ki, vəsait qaytarılacağı təqdirdə Dilarə Nağıyeva babasının 100 bina tikmək arzusunu yerinə yetirmək niyyətini açıqlayıb:

"Böyük Britaniya və İsveçrə banklarındakı vəsaiti qaytarmaq çox çətin məsələdir. Dəfələrlə insanlar tapılıb, müəyyən faiz müqabilində köməklik etmək istəyiblər. Bu 35 il ərzində bəlkə on nəfər meydana çıxıb, hamısı mənimlə müqavilə bağlayıb, işə başlayıblar, amma nə isə alındıra bilməyiblər. Lakin vəsait qayıtsa, onu özüm üçün istifadə etməyəcəm. Mən demişəm ki, pullar Azərbaycana gətirilərsə, mənə çatan faizdən iki bina tikdirəcəyəm. Və Ağamusa Nağıyevin 100 bina tikmək arzusunu həyata keçirmiş olacağam", - o deyib.

Xatırladaq ki, Ağamusa Nağıyev 1849-cu ildə Biləcəridə anadan olub. Bakı nefti sayəsində varlanan iş adamı Bakıda bir sıra tikililərin, o cümlədən bu gün onun adını daşıyan xəstəxananı inşa edib. Ağamusa Nağıyev 1919-cu il martın 4-də Bakıda vəfat edib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır