Modern.az

Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi - CƏDVƏL

Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi - CƏDVƏL

Aktual

13 Yanvar 2026, 14:56

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 17, 18, 24 və 25 yanvar tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində endirimli qiymətlərlə əlavə qatar reysləri təyin edib.

ADY-dən Modern.az-a verilən məlumata görə, 5 yanvar 2026-cı il tarixindən etibarən Bakı–Ağstafa–Bakı ekspres tipli qatar biletinin qiymətinə 10 faiz endirim tətbiq olunur.

Eyni zamanda, bu marşrut üzrə nəzərdə tutulmuş 23 kiloqramlıq pulsuz baqaj normasından əlavə 10 kiloqrama qədər yükün daşınması üçün rüsum 40 manatdan 20 manata endirilib.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır