Modern.az

“Prestij” lotereyasında yarım milyon uduş sahibini gözləyir

“Prestij” lotereyasında yarım milyon uduş sahibini gözləyir

Aktual

14 Yanvar 2026, 10:56

Ölkənin qanuni lotereya və idman mərc oyunları operatoru “Azərlotereya”nın çox sevilən “Poz-Qazan” oyunlarında böyük uduşlar növbəti qaliblərini axtarır.

Modern.az bildirir ki, yenilənmiş “Prestij” lotereyasında nə az, nə çox düz yarım milyon manat böyük uduş qazanmaq şansı var. Bu, “Poz-Qazan” tarixində ən böyük uduş məbləği hesab olunur. Artıq 4 şanslı qalibə “Prestij”dən 500 000 manat udmaq nəsib olub. Bundan əlavə, “Prestij”də oyunçuları  50 000, 5000 manat və digər irili-xırdalı uduşlar gözləyir.

Bir-birindən maraqlı və əyləncəli  “Poz-Qazan” oyunlarında 5 000-dən 500 000 manatadək böyük uduşlar qazanmaq şansı var.  1 manatda “Qızıl”, 2 manata “Ani 50”, “Xoşbəxt”, “Uğurlu 7”, 3 manata “Qızıl Ekstra”, 5 manata “5X”, “Göz Muncuğu”, “Bəxt açarı”, 10 manata isə “Sür Qazan” və “Prestij” lotereya biletlərini alaraq qalib olmaq şansını qazana bilərsiniz.

Biletləri “Azərlotereya”  satış nöqtələri, “Misli” məntəqələri, “Azərpoçt” şöbələri, “Araz” və OBA marketlər şəbəkəsi, eləcə də digər mağaza və köşklərdən əldə etmək mümkündür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır