Modern.az

“Şamaxinka”da işıqforlar quraşdırılır - VİDEO

“Şamaxinka”da işıqforlar quraşdırılır - VİDEO

Aktual

14 Yanvar 2026, 15:00

Yasamal rayonu, Moskva prospektinin “Şamaxinka” adlanan yol sahəsi svetoforlarla tənzimlənəcək.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Modern.az-a verilən məlumata görə, bu məqsədlə hərəkətin təşkilində edilən dəyişikliklərlə əlaqədar DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yolda yeni svetofor dirəkləri quraşdırılıb, kabel-kommunikasiya xətlərinin çəkilişi işləri aparılır.

Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) layihəsi əsasında həyata keçirilir.

 

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır