Modern.az

ABŞ-nin viza qərarı Azərbaycanda bu adamlara şamil ediləcək 

ABŞ-nin viza qərarı Azərbaycanda bu adamlara şamil ediləcək 

Aktual

15 Yanvar 2026, 13:03

ABŞ Dövlət Departamenti 75 ölkənin vətəndaşları üçün viza müraciətlərinin qəbulunu müvəqqəti olaraq dayandıracaq.

Modern.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Məlumata görə, qərar 21 yanvar tarixindən qüvvəyə minəcək, məhdudiyyətlərin nə vaxta qədər davam edəcəyi isə hələlik açıqlanmayıb. Qərar Rusiyadan İrana, Braziliyadan Somaliyə qədər geniş coğrafiyanı əhatə edir. Siyahıya həmçinin Azərbaycan da daxil edilib.

Milli Məclisin ABŞ-Azərbaycan Parlamentlərarası İşçi Qrupunun sədri Səməd Seyidov Modern.az-a açıqlamasında qərarın əsl mahiyyətini izah edib:

“Bu qərar nə işçi, nə tələbə, nə turist, nə də diplomatik vizalara şamil edilir. Söhbət bu ölkələrdən ABŞ-yə birdəfəlik köçmək istəyən, miqrant vizası üçün müraciət edən insanlardan gedir. Yəni miqrant vizası dayandırılacaq. Bunun da səbəbi aydındır. ABŞ-nin miqrantlarla bağlı siyasəti hamıya bəllidir. Ona görə belə bir qərar qəbul edirlər. Yenə də deyirəm ki, turist, tələbə, işçi və diplomat kimi viza alıb ABŞ-yə getmək mümkün olacaq”.

Azərbaycanın siyahıya əlavə edilməsinin səbəbinin nədən ibarət olduğu ilə bağlı sualımıza işçi qrupunun sədri belə cavab verib:

“Bu barədə mən nəsə deyə bilmərəm. Səbəbi ancaq ABŞ Dövlət Departmenti deyə bilər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır