Modern.az

Narkotik satanlar tutuldu

Narkotik satanlar tutuldu

Aktual

16 Yanvar 2026, 09:54

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Tədbirlərlə 19 yaşlı Məhəmməd Əsgərov şübhəli şəxs qismində saxlanılıb. Ondan psixotrop maddə metamfetamin, heroin və marixuana aşkarlanıb.

Modern.az xəbər verir ki, əməliyyat tədbirlərinin davamı olaraq M.Əsgərova narkotik vasitə və psixotrop maddə satan şəxsin 26 yaşlı Vəsayət Buludov olduğu müəyyən edilib və o, saxlanılıb.

Həmin şəxsdən də metamfetamin, heroin və marixuana aşkarlanıb. 

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır