Modern.az

Siyəzəndə odlu silah və narkotik vasitələr aşkarlandı - FOTO

Siyəzəndə odlu silah və narkotik vasitələr aşkarlandı - FOTO

Aktual

16 Yanvar 2026, 10:36

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan 38 yaşlı Səxavət Kərimov tutulub.

Modern.az-ın məlumatına görə, ondan 1 ədəd lüləsi kəsilən tüfəng və 4 ədəd patron aşkarlanıb.

Həyata keçirilən digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 32 yaşlı Nüsrət Qafarov saxlanılıb. Həmin şəxsdən isə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və metadon həbləri aşkarlanıb.

Hər iki faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Siyəzəndə odlu silah və narkotik vasitələr aşkarlandı - FOTO

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır