Modern.az

Şahin Tağıyev dəfn olundu - FOTOLAR

Şahin Tağıyev dəfn olundu - FOTOLAR

Aktual

16 Yanvar 2026, 11:22

Yanvarın 16-da Hərbi Memorial Məzarlıqda Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevlə vida mərasimi keçirilir.

Modern.az xəbər verir ki, mərasimdə dövlət və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Xatırladaq ki, əslən Şuşadan olan Şahin Talıb oğlu Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində anadan olub. 1969-cu ildə Energetika Texnikumunu bitirib və təyinatla Rusiyanın Udmurt vilayətinə göndərilib. Gənc yaşlarından Rusiya və Azərbaycanda energetika, ticarət sahələrində fəaliyyət göstərən Şahin Tağıyev 1988-ci ildə Milli Azadlıq Hərəkatına qoşulub. 1991-ci ildə könüllü olaraq Qarabağ müharibəsinə qatılan qəhrəman leytenant rütbəsində bölük komandiri kimi döyüşlərə rəhbərlik edib. 1992-ci ildə həmin bölüyün bazasında yaradılan “Qurtuluş” batalyonunun komandiri təyin edilərək Ağdərə istiqamətində düşmən cəbhəsinin yarılmasında, eləcə də Tərtər, Seysulan, Yarımca və Levonarx istiqamətlərində aparılan döyüşlərdə xüsusi igidlik nümayiş etdirib. Dekabrın 29-da İsveç Krallığının Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib.

Şahin Tağıyevin cənazəsi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə yanvarın 15-də gecə saatlarında Vətənə gətirilib.

***

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevlə vida mərasimi keçirilib.

Modern.az “Report”a istinadən xəbər verir ki, mərasimdə Ş.Tağıyevin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra onun cənazəsi Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb.

Xatırladaq ki, o, dekabrın 29-da İsveçin Malmö şəhərində uzunsürən xəstəlikdən sonra vəfat edib.

 





Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır