Modern.az

Çalış adın gələndə, rəhmət oxunsun sənə, - Şəhriyardan Xameneiyə - VİDEO

Çalış adın gələndə, rəhmət oxunsun sənə, - Şəhriyardan Xameneiyə - VİDEO

Aktual

16 Yanvar 2026, 11:46

Son günlər İranda iqtisadi böhran, eləcə də milli valyutanın dəyərinin kəskin enməsi fonunda ölkənin əksər şəhərlərdə etiraz aksiyaları baş qaldırıb. Narazılıqlar əsasən molla rejiminin sərt idarəetməsi, dini-siyasi hakimiyyətin cəmiyyətdə artan sosial-iqtisadi problemlərə adekvat cavab verə bilməməsi ilə əlaqələndirilir.

Yüzlərlə insanın həyatını itirdiyi aksiyalarda etirazçılar uzun illərdir ölkəni idarə edən molla rejiminin islahatlara getmədiyini və azadlıqları məhdudlaşdırdığını bildirirlər.

Modern.az “Qafqazinfo”ya istinadən bu məqamda dahi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın İranın ali lideri Seyid Əli Xameneiyə illər öncə elə yanındaca məsləhət xarakterli dediyi şeiri təqdim edir:

Bir gün ağız qalır boş, bir gün dolu dad olur,

Gün var ki, heç zad olmaz, gün var ki, hər zad olur.

Bəxtin dursa, görərsən yadlar qohum-qardaşdır,

Amma bəxtin yatanda qohum-qardaş yad olur.

Çalış adın gələndə, rəhmət oxunsun sənə,

Dünyada səndən qalan axırda bir ad olur.

Gördün işin əyildi durma əkil, gözdən it,

Dostun görər darıxar, düşmən görər şad olur…

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır