Modern.az

Günəşdə çox böyük ölçüdə tac dəliyi əmələ gəlib

Günəşdə çox böyük ölçüdə tac dəliyi əmələ gəlib

Aktual

16 Yanvar 2026, 16:00

Günəşdə təxminən bir milyon km ölçüsündə böyük "koronal" dəlik (tac dəliyi) əmələ gəlib.

Modern.az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutundan məlumat verilib.

"Günəşdə növbəti nəhəng "koronal" dəlik əmələ gəlib və bu dəfə olduqca qeyri-adi formadadır. Tərs çevrilmiş nəhəng "1" rəqəmini xatırladır, amma təsvir gücünü nəzərə alsaq, burada, buludlarda olduğu kimi, yəqin ki, çox şey görmək olar. "Rəqəm"in hündürlüyü təxminən bir milyon kilometrdir", - deyə məlumatda bildirilib.

Qeyd olunur ki, Günəşin "koronal" dəliklər tərəfindən "işğal edilməsi" hələ 2025-ci ildə başlayıb və bu da maqnit qasırğalarının sayının kəskin artmasına səbəb olub.

"Bu tendensiyanın dəyişəcəyinə dair heç bir əlamət yoxdur - sadəcə bugünkü Günəşə baxmaq kifayətdir. Yeni ildə maqnit qasırğalarının sayının əvvəlki ilin rəqəmlərini üstələməsi gözlənilir", - deyə məlumatda əlavə edilib.

Maqnit qasırğalarının sayının artmasının ən azı daha iki il davam edə biləcəyi qeyd olunur. Bu iki il qütb parıltılarını müşahidə etmək üçün də əlverişli olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır