Modern.az

Bakıda əmlak qiymətlərində YENİ REKORD

Bakıda əmlak qiymətlərində YENİ REKORD

Aktual

18 Yanvar 2026, 22:31

Bakı şəhərinin bəzi küçələrində mənzillərin bir kvadratmetri 17 min manatdan baha təklif olunur. Məsələn, Nəsimi rayonu, Neftçilər prospektində bir mənzilin 1 kvadratmetri 17 550 manatadır.

 

Modern.az xəbər verir ki, paytaxtda mənzil sahibi olmaq istəyənlər üçün ən bahalı ünvanlar məlum olub. Qiymətləndiricilər Cəmiyyətinin araşdırmasına görə, siyahıya Nəsimi rayonu, Neftçilər prospekti başçılıq edir. Burada bir kvadratmetr üçün tələb olunan məbləğ, orta statistik mənzil qiymətini dəfələrlə üstələyir.

 

Qiymətlər onu deməyə əsas verir ki, Səbail, Nəsimi və Yasamal rayonları bahalı mənzil reytinqində üstünlüyünü qoruyur. Məsələn, Üzeyir Hacıbəyli küçəsində qiymət 14 min manatdan çoxdur, Ağ şəhər layihəsində isə bu rəqəm 8 min manatı keçir. İstiqlaliyyət, Əhməd Cavad və Əziz Əliyev kimi tarixi küçələrdə isə mənzillərin bir kvadratmetrinin qiyməti 4-5 min manat arasında dəyişir. Bəs qiymətlərdə bu qədər artıma səbəb nədir?

 

Ekspertlər bildirirlər ki, bu ərazilərdə mənzillərə tələbin yüksək olması və investisiya maraqları da qiymət artımının əsas səbəblərindəndir. Paytaxtın mərkəzində mənzil almaq yalnız yaşayış üçün deyil, həm də gələcəkdə böyük qazanc əldə etməyi vəd edən investisiya hesab edilir. Bundan əlavə, burada ev alıb yüksək qiymətə kirayə verənlər də mövcuddur. İnfrastruktur genişləndikcə, həmin küçələrdə qiymət artımının bu il də davam edəcəyi gözlənilir. (Mənbə: Xəzər TV)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır