Modern.az

Qatarlar Yanvarın 20-də bu qrafiklə işləyəcəklər

Qatarlar Yanvarın 20-də bu qrafiklə işləyəcəklər

Aktual

19 Yanvar 2026, 11:32

Yanvarın 20-də “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) qatarları qeyri-iş gününün cədvəlinə uyğun hərəkət edəcək.

Bu barədə Modern.az-a "Azərbaycan Dəmir Yolları”na istinadən xəbər verir.

Xatırladaq ki, 21 yanvar tarixindən etibarən qatarlardan birinin planlı təmirə cəlb edilməsi ilə əlaqədar Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkət cədvəlində dəyişikliklər ediləcək.

Qeyd edək ki, yeni qrafikə əsasən Sumqayıtdan 07:30 və 08:00-da çıxan ekspreslər Bakıxanovda da dayanacaq, Bakıdan 18:05-də çıxan Pirşağı-Sumqayıt ekspresi isə Sabunçuda da dayanacaq.

Məlumata görə, şənbə və bazar günləri cədvəl dəyişməz qalır.

Yeni hərəkət cədvəli: //ticket.ady.az/az/yeni-hereket-cedveli

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır