Sumqayıt şəhərində 1000 abonentin qaz təchizatında fasilə olacaq.
"Azəriqaz" İB Sumqayıt QİS-dən Modern.az-a verilən məlumata görə, Sumqayıt şəhəri ərazisində yerləşən Qurd dərəsinin bir hissəsində 89 mm-lik qaz xəttində yaranmış sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.
Bununla əlaqədar yanvarın 19-da saat 13:00-dan etibarən sözügedən ərazidə yerləşən təqribən 1000 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.