Modern.az

"Qarabağ" - "Ayntraxt" oyununun təyinatları açıqlandı

"Qarabağ" - "Ayntraxt" oyununun təyinatları açıqlandı

Aktual

19 Yanvar 2026, 13:14

Bakıda "Qarabağ" və Almaniyanın "Ayntraxt" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununun təyinatları açıqlanıb.

Modern.az-ın məlumatına görə, qarşılaşma İsveçrədən olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Sandro Şerer olacaq. Ona həmyerliləri Stefan De Almeyda və Yonas Erni kömək göstərəcək. Dördüncü hakim funksiyasını Yohannes fon Mandak yerinə yetirəcək. VAR-da Fedayi San, AVAR-da Lukas Fendrix əyləşəcəklər.

UEFA nümayəndəsi isə isveçli Per Eliassondur.

Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" qarşılaşması yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır