Modern.az

Oğuzda qanunsuz ağac kəsiminə görə cinayət işi açıldı

Oğuzda qanunsuz ağac kəsiminə görə cinayət işi açıldı

Aktual

19 Yanvar 2026, 13:10

Oğuz rayonunun Padar kəndində qovaq növündən olan ağacların kəsilməsi və təbiətə 6 min manatdan artıq maddi ziyan vurulması ilə bağlı istintaq araşdırmaları aparılır. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Modern.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 51 yaşlı İlkin Mustafayev saxlanılıb. 

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır