Modern.az

Sumqayıt sakini: Səhv etmişdi, başa düşdü, gətirib qaytardı - VİDEO

Sumqayıt sakini: Səhv etmişdi, başa düşdü, gətirib qaytardı - VİDEO

Aktual

19 Yanvar 2026, 22:51

Son günlər Sumqayıtda küçə ticarətinə qarşı keçirilən reyd zamanı çəkilən görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb.

Modern.az xəbər verir ki, xüsusilə həmin kadrlarda icra nümayəndəsinin satıcının məhsulunu müsadirə etməsi və onunla ünsiyyət tərzi geniş müzakirələrə səbəb olub.

Hüquqşünas Vüsal Cəfərovun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına, yaxud işlərin və xidmətlərin göstərilməsinə görə 80 manat məbləğində cərimə nəzərdə tutulur.

O bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim qərarı ilə tətbiq edilə bilər. Bu halda isə məhsullar inzibati xətanın bilavasitə obyekti hesab olunduğundan onların müsadirəsi yalnız məhkəmə qərarı əsasında mümkündür.

Satıcı Nəbi Məmmədovun sözlərinə görə, müsadirə olunan meyvələr sonradan ona geri qaytarılıb:

 “Bir səhv etmişdi, özü də başa düşdü. Gətirib qaytardı. Əgər səhvini anlamasaydı, qaytarmazdı”.

Daha ətraflı videomaterialda:

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır