Modern.az

Rəsmi Bakı Pakistana başsağlığı verdi

Rəsmi Bakı Pakistana başsağlığı verdi

Aktual

19 Yanvar 2026, 23:40

“Pakistanın Kəraçi şəhərindəki ticarət mərkəzində baş verən faciəli yanğın nəticəsində günahsız insanların həlak olması və yaralanması ilə nəticələnən hadisədən dərin kədər hissi keçiririk.”

 

Modern.az xəbər verir ki, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı yaydığı bəyanatda öz əksini tapıb.

 

XİN-in yaydığı bəyanatda həmçinin deyilir: “Həlak olanların ailələrinə, qardaş Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralılara tezliklə şəfa diləyir və bu çətin dövrdə Pakistanla həmrəy olduğumuzu bildiririk”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır