Modern.az

Eyvazovların qızı 20 yaşında dekan olubmuş

Eyvazovların qızı 20 yaşında dekan olubmuş

Aktual

19 Yanvar 2026, 23:53

Bu gün həyat yoldaşının videosu ilə ölkə gündəminə düşən Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazovanın qızı 20 yaşında tələbə olarkən dekan müavini təyin edilibmiş.

 

Modern.az xəbər verir ki, o, 2023-cü ildə Kamal Abdullanın müvafiq əmri ilə Azərbaycan Dillər Universitetində Təhsil-2 fakültəsinin ictimai əsaslarla dekan müavini olub.

 

Həmin dövrdə onun təyinatı barəsində yerli mətbuatda xəbərlər tirajlanmışdı. J.Eyvazovanin nümunəvi və fəal tələbə olduğu bildirilsə də, onun tələbə olduğu halda dekan müavini təyin edilməsi ictimaiyyətdə birmənalı qarşılanmamışdı.

 

ADU-dan bildriilib ki, Jalə Eyvazova fəal tələbə olduğu və qiymətləri yüksək olduğu üçün 2023-cü ildə ictimai əsaslarla dekan müavini təyin olunmuşdu. Həmin il universiteti bitirəndə ictimai əsaslı vəzifəsindən azad olunmuşdu. (Mənbə: qafqazinfo)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır