Modern.az

Sumqayıtda sahibkarın malını müsadirə edən məmur kimdir?

Sumqayıtda sahibkarın malını müsadirə edən məmur kimdir?

Aktual

20 Yanvar 2026, 00:43

Sumqayıtda qanunsuz ticarətə qarşı keçirilən reyd zamanı Şəhər İcra Hakimiyyəti nümayəndəsinin davranışı sosial şəbəkələrdə tənqidlə qarşılanıb.

Modern.az xəbər verir ki, kobud davranışı ilə tənqidlərə tuş gələn həmin şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunda baş məsləhətçi kimi çalışan Samir Bədəlovdur.

Meyvə-tərəvəz satışı ilə məşğul olan sahibkara qarşı qeyri-qanuni davranaraq məhsulu müsadirə edən şəxs daha öncə Sumqayıtda ərazi nümayəndəsinin vəzifələrini icra edib. (Mənbə: teleqraf)

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır