Modern.az

Kazana gedən təyyarə Bakıya məcburi eniş etdi

Kazana gedən təyyarə Bakıya məcburi eniş etdi

Aktual

20 Yanvar 2026, 00:55

“FlyDubai” aviaşirkətinə məxsus, Dubay — Kazan marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı texniki səbəblə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.

 

Modern.az xəbər verir ki, barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.

 

“Boeing 737” tipli hava gəmisi yerli vaxtla saat 00:04-də Bakı hava limanına uğurla eniş edib.

 

Hava limanı tərəfindən bütün zəruri xidmətlər operativ şəkildə səfərbər edilib və görülən tədbirlər beynəlxalq aviasiya təhlükəsizliyi protokollarına tam uyğun şəkildə həyata keçirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır