Modern.az

Lerikin kəndlərinə işığın verilməsi bərpa olunur -  "Azərişıq”

Lerikin kəndlərinə işığın verilməsi bərpa olunur -  "Azərişıq”

Aktual

20 Yanvar 2026, 17:45

"Ölkə ərazisində dağlıq rayonlara yağan aramsız qar cənub regionunda, xüsusi ilə də Lerik rayonunun bəzi dağ kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaradıb". 

Bu fikirləri Modern.az-a "Azərişıq” ASC-nin mətbuat xidmətindən bildirilib. "Buna səbəb ağır qar kütləsinin ağacları qıraraq yüksək gərginlikli xətlərin üzərinə aşırması və nəticədə qəzaların yaranmasıdır.  Qar bağlayan yollarda bir neçə gündür nəqliyyatla hərəkət etmək, dağ kəndlərinə getmək demək olar ki, mümkünsüzdür.  Üstəlik aşan ağacları kəsib götürmək də "Azərişıq” ASC əməkdaşlarına əlavə problem yaradır. Şaxtalı, qarlı havada bütün çətinliklərə baxmayaraq “Azərişıq” ASC-nin əməkdaşları  böyük fədakarlıqla qəzanı aradan qaldırmaq üçün bir neçə gündür fasiləsiz çalışır.  Artıq bir çox kəndlərdə enerjinin verilişi təmin olunub.  Qısa zaman ərzində digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır