Modern.az

Mərkəzi Bank milyonluq əmlaklarını satışa çıxardı

Mərkəzi Bank milyonluq əmlaklarını satışa çıxardı

Aktual

20 Yanvar 2026, 18:06

Azərbaycan Mərkəzi Bankının balansında olan əmlaklar satışa çıxarılıb.

Modern.az xəbər verir ki, fevralın 18-də keçirilməsi nəzərdə tutulan hərracda dəyəri milyon manatlarla ölçülən bir neçə əmlak təklif olunur.

Hərraca çıxarılan ən bahalı əmlak Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ev 21a ünvanında yerləşən qeyri-yaşayış sahəsidir. Onun dəyəri 4 milyon 644 min 500 manatdır.

Digər bahalı əmlaklar aşağıdakılardır:

- Dəyəri 1 milyon manat olan Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi 747-ci məhəllə, ev 21 ünvanında yerləşən qeyri-yaşayış sahəsi;

- Dəyəri 1 milyon 100 min manat olan Bakı şəhəri, Nərimanov rayonu, Tarıverdiyev küçəsi ev 9a ünvanında yerləşən fərdi yaşayış evi;

- Dəyəri 1 milyon 100 min manat olan Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsi ev 8, keçid 4 ünvanında yerləşən fərdi yaşayış evi;

- Dəyəri 1 milyon 205 min manat olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 21b ünvanında yerləşən qeyri-yaşayış sahəsi;

- Dəyəri 1 milyon 514 min manat olan Bakı şəhəri, Nəsimi rayonu Rəşid Behbudov küçəsi məhəllə 381, ev 71, qapı 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi;

- Dəyəri 1 milyon 855 min manat olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ev 21a mənzil 49 ünvanında yerləşən mənzil.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada