Modern.az

İçərisində 10 kq-dan artıq narkotik olan çanta ilə tutuldu - FOTO

İçərisində 10 kq-dan artıq narkotik olan çanta ilə tutuldu - FOTO

Aktual

21 Yanvar 2026, 09:16

Samuxda 10 kiloqram narkotik vasitə aşkarlanıb.

Modern.az xəbər verir ki, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 35 yaşlı Səməd Əliyev saxlanılıb. Onun əlindəki çantadan ümumi çəkisi 10 kiloqram 745 qram olan heroin, həşiş və qurudulmuş marixuana aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, S.Əliyev narkotikləri satmaq məqsədilə əldə edib.

Faktla bağlı cinayət işi başlanıb, onun barəsində həbs qətimkan tədbiri seçilib.

İçərisində 10 kq-dan artıq narkotik olan çanta ilə tutuldu - FOTO

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır