MediaTürk TV-də yayımlanan “Net Baxış 360 Dərəcə” proqramında bu gün Türk dünyasını yaxından maraqlandıran mühüm məsələlər gündəmə gətiriləcək.
Modern.az xəbər verir ki, jurnalist Serdar Şengülün aparıcılığı ilə efirə çıxacaq proqramın qonaqları KKTC Lefkoşa millət vəkili, əvvəlki çağırış məclisin sədri Zorlu Töre və Özbəkistanın sabiq millət vəkili, dövlət xadimi Azizbek Omonov olacaq.
Proqramda Türkiyədə son dövrlərdə baş verən hadisələr ətraflı şəkildə təhlil ediləcək, eyni zamanda keçmiş Rusiya millət vəkili Aleksandr Duqinin Türk dünyasına ünvanladığı təhdid xarakterli açıqlamalar geniş müzakirə olunacaq. Qonaqlar bu bəyanatların regional təhlükəsizlik, Türk dünyasının siyasi birliyi və geosiyasi balanslara mümkün təsirləri barədə mühüm fikirlər səsləndirəcəklər.
Türk dünyasının üzləşdiyi çağırışlar, perspektivlər və gələcək strateji addımların da diqqət mərkəzində olacağı “Net Baxış 360 Dərəcə” proqramı bu gün MediaTürk TV ekranlarında tamaşaçılarla görüşəcək.