Modern.az

Qardan sonra Xınalıqda SON DURUM

Qardan sonra Xınalıqda SON DURUM

Aktual

21 Yanvar 2026, 14:12

Dağlıq və dağətəyi rayonlarda bir neçə gündür qarlı hava şəraiti hökm sürür. Yağıntıların qeydə alındığı rayonlar sırasında Qubada yer alır.

Modern.az hazırda hava şəraitiylə əlaqədar yollar və məktəblərin fəaliyyətiylə bağlı məlumat əldə etmək üçün Quba rayon İcra Hakimiyyətinin Xınalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəsimi Məmmədovla əlaqə saxlayıb.

Nümayəndə saytımıza açıqlamasında ərazidə ciddi yol probleminin yaşanmadığını bildirib.

Onun sözlərinə görə, axşam saatlarında qar yağışı və şaxta daha intensiv olub.

“Bu gün avtomobillərin hərəkətində qısa müddətli fasilələr müşahidə olunsa da, dünənə qədər yol tam açıq və işlək vəziyyətdə olub.

Xınalıqda yollar mütəmadi olaraq təmizlənir və daim nəzarətdə saxlanılır. Bəzən kənddən gediş-gəlişin azalması səbəbindən yolda nəqliyyat vasitəsi görünməsə də, hələlik ciddi problem qeydə alınmayıb”.

N.Məmmədov əlavə edib ki, Xınalıq kəndində məktəblərin fəaliyyəti və davamiyyətlə bağlı hər hansı problem yoxdur:

“Qar örtüyü təxminən 25-30 santimetr civarındadır. Bakı ilə müqayisədə sıx nəqliyyatın olmadığı kənd ərazisində vəziyyət daha stabildir. Piyada gediş-gəlişində, məktəblərin və digər sosial obyektlərin fəaliyyətində, eləcə də yanacaq təminatında problem yaşanmır.

Qarlı hava şəraitinə baxmayaraq, heç bir qurumun fəaliyyəti dayandırılmayıb. Təcili tibbi yardım xidməti fəaliyyətini davam etdirir və növbəli iş rejimi ilə çalışır. Ümumilikdə, hazırda Xınalıqda vəziyyət stabildir və ciddi problem müşahidə olunmur”,- deyə nümayəndə qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır