Modern.az

Yeni icra başçısı müavinini işdən çıxardı

Yeni icra başçısı müavinini işdən çıxardı

Aktual

21 Yanvar 2026, 18:34

Balakən Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişiklikləri həyata keçirilib.

Modern.az xəbər verir ki, bununla bağlı icra başçısı Natiq Ağayev müvafiq əmrlər imzalayıb.

Belə ki, icra başçısının birinci müavini Turan Dibirov vəzifəsindən azad edilərək başçının müavini - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Eyni zamanda, icra başçısının digər müavini Nəzakət Rüstəmova da 21 ildir çalışdığı vəzifəsindən azad edilib.

Xatırladaq ki, Natiq Ağayev bir neçə ay əvvəl Balakənə icra başçısı təyin edilib.

Məlumatı daha əvvəl "iqtisadiyyat.az" yayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır