Modern.az

Avtomobildən bank kartını oğurlayan şəxs saxlanıldı

Avtomobildən bank kartını oğurlayan şəxs saxlanıldı

Aktual

22 Yanvar 2026, 11:08

Abşeron rayonu Xırdalan şəhərində oğurluq hadisəsi baş verib.

Bu barədə Modern.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sakin polisə müraciət edərək “Hyundai” markalı nəqliyyat vasitəsindən bank kartının oğurlandığını, daha sonra həmin kartda olan pul vəsaitinin çıxarıldığını bildirib.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Mirzəyev saxlanılıb.

Bundan başqa Binəqədi və Qaradağ rayonlarında məişət əşyaları, inşaat materialları, eləcə də marketlərdən oğurluq etməkdə şübhəli bilinən A.İsmayılov və M.Əzizov da polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır