Modern.az

Üç min abonentin qazı KƏSİLƏCƏK

Üç min abonentin qazı KƏSİLƏCƏK

Aktual

22 Yanvar 2026, 14:57

Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 3000 abonentin qaz təchizatında fasilə olacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən Modern.az-a verilən məlumata görə, qəsəbə ərazisində 108 mm-lik yeraltı orta təzyiqli qaz xəttində aşkar olunan sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq.

Bununla əlaqədar yanvarın 22-də 15:30-dan etibarən qəsəbədə təxminən 3000 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir-bərpa işləri başa çatdırıldıqdan sonra mərhələli şəkildə bərpa olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır